Ceff Bezosun 20 il əvvəl irəli sürdüyü və doğru çıxan 5 proqnozu | Banco.az

Ceff Bezosun 20 il əvvəl irəli sürdüyü və doğru çıxan 5 proqnozu

Tamara Mustafayeva, Banco.az

20 il əvvəl Amazon şirkəti inkişaf etməkdə olan e-ticarət bazarına yön verən beş yaşında bir şirkət idi. O əsnada Amazon kitab satışından başqa işlərlə yenicə məşğul olamağa başlamışdı və şirkətin qurucusu Ceff Bezos hələ o vaxtlar Amazon–u insanların hər şeyi satın ala biləcəkləri bir “bazar yeri”-nə çevirməyi planlaşdırırdı.

Həmçinin oxu: 1 trilyonluq uğurun sirri – Amazon

Təbii ki, belə bir nəhəng şirkəti qura bilmək üçün son dərəcə güclü proqnoz qabiliyyətinə sahib olmaq və gələcəyi qabaqcadan görə bilmək lazımdır. Ceff Bezos da belə bir bacarığa sahib idi. Çünki o, 20 il əvvəl gələcəklə bağlı bir neçə proqnoz vermiş və bu proqnozlar özünü doğrultmuşdur. Amazon şirkətinin qurucusu və dünyanın ən varlı insanlarından biri olan Ceff Bezosun 1999–cu ildə irəli sürdüyü və daha sonra öz təsdiqini tapan 5 proqnoz aşağıdakı kimidir:

Amazon – İnsanların hər şeyi satın ala biləcəkləri “bazar yeri”

Bezos 1999–cu ildə qatıldığı bir televiziya proqramında “İnsanların onlayn formada satın almaq istədikləri hər şeyi tapmaq və araşdırmaq üçün müraciət edə biləcəkləri bir yer qurmaq istəyirik.” demişdi. İllər sonra onun bu istəyi reallığa çevrildi. Aparılan araşdırmalara görə, onlayn formada alış-veriş edən insanlar, əsasən, ilk növbədə Amazon saytına müraciət edirlər.

Alış-veriş mərkəzlərinin əhəmiyyətini itirməsi

Elə həmin il Bezos, “Alış-veriş mərkəzləri tarixə çevriləcəkdir.” şəklində bir proqnoz irəli sürmüşdü. Xüsusilə də son bir neçə ili nəzərə alsaq, onun bu mövzuda da haqlı çıxdığının şahidi olarıq. ABŞ–da pərakəndə sektorunun iflası səbəbilə son bir neçə il ərzində alış-veriş mərkəzlərində fəaliyyət göstərən minlərlə mağaza bağlandı və bu tendensiya hələ də davam edir.

Fiziki mağazaların fəaliyyətə davam etmələri üçün lazım olan iki şərt

Bezos fiziki mağazaların yalnız iki əsas şərtdən ən azı birinə əməl etdikləri təqdirdə mövcudluqlarını davam etdirə biləcəklərini söyləmişdi: əyləncə dəyəri və cəld uyğunlaşma. Bezos o illərdə Amerika qəzetlərindən birinə etdiyi açıqlamada əyləncə dəyərinin kinoteatr kimi məkanların nə üçün yox olmayacağının cavabı olduğunu dilə gətirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Günümüzdə bir çox alış-veriş mərkəzi və pərakəndə şirkəti müştərilərini fiziki mağazalara yönləndirmək üçün yüksək texnologiyaya əsaslanan təcrübələrə istinad edərək Bezosun diqqət çəkməyə çalışdığı iki ünsürdən birini təmin etməyə çalışırlar.

Rəqəmsal Reklamçılıq

Ceff Bezosun 1999–cu ildə diqqət çəkdiyi proqnozlardan biri də belə idi:

“Reklamçılıq da internetdə çox mühüm bir modeldir. Şirkətlər reklamlarını daha yaxşı hədəfləyərək onları müştərilər üçün daha mənalı hala gətirə biləcəklər.”

Hər hansı bir internet istifadəçisinin axtarış və alış-veriş məlumatlarına əsasən meydana gətirilən fərdi reklamlar bu gün geniş yayılmışdır. Televiziya izləmə müddəti getdikcə qısaldığı üçün hər ötən gün rəqəmsal reklamçılığa daha çox sərmayə qoyulur. Xatırladaq ki, 2018–ci ilin sonuna olan hesabata görə, Amazon Google və Facebook şirkətlərindən sonra ABŞ–ın ən böyük 3–cü rəqəmsal reklamçısı olmuşdur.

Ceff Bezosun 2020 proqnozu

Wired jurnalı Ceff Bezosun 2020 proqnozlarını aşağıdakı kimi qeyd etmişdi:

“Mazağadan alınan məhsulların böyük əksəriyyətini (əsas qida məhsulları, kağız məmulatları, təmizlik vasitələri və s.) internet vasitəsilə sifariş verəcəksiniz.”

Günümüzdə onlayn alış-verişin yüksəlişə keçməsi bu proqnozun da əsasən özünü doğrultduğunu göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et