Dünyanın ən varlı 4-cü adamı sərvətini 50 yaşından sonra qazanıb | Banco.az

Dünyanın ən varlı 4-cü adamı sərvətini 50 yaşından sonra qazanıb

Forbes jurnalı dünyanın 4-cü ən zəngin adamı olan Uarren Baffet haqqında maraqlı məlumatlar açıqlayıb.

Məlumata əsasən, məhşur və ugurları ilə şöhrət qazanan investor U.Baffet bütün sərvətinin 99,9%-ni 50 yaşından sonra qazanıb.

Məhşur investorun sahib olduğu Berkshire Hathaway şirkəti son 44 ildə 5 illik təxminlərin hamsında birja proqnozlarından yüksək nəticə göstərib.

Məhşur investorlar arasında ən çox gözləntilərin üstələyən olub.

2013-cü ildə gündə 37 milyon dollar qazanıb. Belə ki, onun saatlıq qazancı ilə 6 tələbə ABŞ-ın ən öndə gedən üniversitetlərin tam təhsil ala bilər.

Ən sərfəli kredit üçün müraciət et

O ilk səhmini 1941-ci ildə alıb.

2014-cü ildə sinqapurlu bir biznesmenlə etdiyi nahara 2,2 milyon dollar ödəyib.

1970-ci ildə U.Baffetin “Berkshire Hathaway” şirkətinə 1000 dollar investisiya qoysaydınız, indi 4,8 milyon dollarınız olardı.

1980 ildə bunu etsəydiniz, 532 min dollara, 1990-cı ildə etsəydiniz 29 min dollara, 2000-ci ildə etsəydinin 3 min dollara sahib olardınız.

İnvestorun hazırkı sərvəti təxminən 63 milyard dollardır. Bu isə Qana və Kambocanın iqtisadiyyatlarının birlikdə həcmindən çoxdur.

 

  "Banklar və Biznes" Jurnalı

Ən sərfəli krediti almaq üçün müraciət et