Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir? | Banco.az

Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Səyahət bir çox insan üçün əvəzolunmaz bir fəaliyyətdir. Ancaq təəssüf ki, istədiyimiz yerə istədiyimiz kimi səyahət etmək üçün iqtisadi şərait, ölkələr arasında münasibətlər, siyasi proseslər bu baxımdan çox önəmlidir. Çünki bütün bu amillər pasportumuzun bizə nə qədər səyahət azadlığı təmin edəcəyini müəyyənləşdirir. 19 ildir ki, hər il nəşr olunan Henley Pasport İndeksi bu dəfə də ən güclü passportlar siyahısını açıqlayıb.

Banco.az xəbər verir ki, dərc edilən siyahıda 199 fərqli ölkənin pasportları vətəndaşların vizasız səyahət edə biləcəyi istiqamətlərin sayına görə sıralanır. Dünyanın ən güclü pasportlarını müəyyən etmək üçün Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatları istifadə olunur.

Əvvəlcə qeyd edək ki, Azərbaycan bu siyahıda 119-cu yerdədir. Vətəndaşlarımız 72 ölkəyə vizasız gedə bilərlər.

Beləliklə, 2024-cü il üçün dünyanın ən güclü pasportları bunlardır. 

Siyahısına 6 ölkə başçılıq edir - Fransa, Almaniya, İtaliya, İspaniya, Sinqapur və Yaponiya. Altı ölkənin vətəndaşları dünyanın 227 istiqamətinin 194-nə vizasız gedə bilər.

Cənubi Koreya, Finlandiya və İsveç 227 istiqamətdən 193-nə vizasız gediş-gəliş imkanı verən siyahıda ikinci ölkələrdir.

Siyahıda üçüncü yeri Avstriya, Danimarka, İrlandiya və Hollandiya bölüşür. Bu 4 Avropa ölkəsinin pasportuna sahib olan şəxslərin 227 istiqamətin 192-nə vizasız səyahət etmək şansı var.

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniya, Lüksemburq, Belçika, Norveç və Portuqaliya pasportu olan insanlar 191 ölkədə viza maneələri ilə üzləşmirlər. Vətəndaşlarına 190 ölkəyə vizasız səyahət etməyə icazə verən Yunanıstan, İsveçrə və Malta siyahıda beşinci yerdədir.

2024-cü il üçün dünyanın ən güclü pasportları siyahısında dörd ölkə altıncı yeri bölüşür: Avstraliya, Çexiya, Yeni Zelandiya və Polşa. Bu ölkələrin pasportları ilə 189 müxtəlif ölkəyə vizasız daxil olmaq mümkündür.

Henley Pasport İndeksinə görə, əvvəlcədən viza tələb etmədən 188 istiqamətə gedə bilən ABŞ 7-ci yerdədir.

Kanada və Macarıstan vətəndaşlarının da əvvəlcədən viza almadan 188 ölkəyə səyahət etmək hüququ var. Estoniya və Litva 187 müxtəlif vizasız giriş nöqtəsi ilə 8-ci, Latviya, Slovakiya və Sloveniya isə 186 giriş nöqtəsi ilə 9-cu yerdədir.

Ən güclü pasportlar siyahısında 10-cu yeri tutan ölkə İslandiyadır. İslandiya pasportu ilə 185 ölkəyə əvvəlcədən viza üçün müraciət etmədən səyahət etmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et