Dünyanın ən böyük neft şirkətlərindən biri elektromobil sektoruna daxil olur | Banco.az

Dünyanın ən böyük neft şirkətlərindən biri elektromobil sektoruna daxil olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Enerji nəhəngləri elektromobillərin batareya sistemləri üzrə investisiya qoyuluşunu gücləndirməkdədir.

Banco.az xəbər verir ki, “BP”, “Total” və “EDF”dən sonra digər enerji nəhəngi “Shell”in ABŞ-dakı törəmə şirkəti olan “Shell USA” də elektromobil sektoruna investisiya qoymağa qərar verib.

Dünyanın ən böyük neft şirkətlərindən biri olan Britaniyaya məxsus “Shell”in ABŞ-dakı törəmə şirkəti olan “Shell USA” 169 milyon dollara elektrik avtomobilləri dolduran şəbəkə operatoru “Volta”nı satın alır.

Cari ilin ilk yarımilliyində tamamlanması gözlənilən alqı-satqı prosesi nağd şəkildə həyata keçiriləcək.

Xatırladaq ki, 2021-ci ildə xüsusi təyinatlı satın alma şirkəti ilə birləşərək birjaya çıxan ABŞ-a məxsus “Volta” şirkəti reklam əsaslı biznes modelinə sahibdir. Şirkət batareya cihazlarını elektromobil sürücülərinin akkumulyatorlarını pulsuz doldura biləcəyi ticarət mərkəzlərində və marketlərdə yerləşdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram