Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük çip istehsalçısı “Tayvan Semiconductor Manufacturing Company” (TSMC), noyabr ayında gəlirini illik müqayisədə 34% artıraraq 276,06 milyard yeni Tayvan dollarına (8,48 milyard dollar) çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Qeyd olunur ki, bu ilin 11 ayı ərzində gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% artaraq 2,6 trilyon Tayvan dollarına (80 milyard dollar) çatıb.
Bundan əvvəl TSMC üçüncü rübdə 352,3 milyard Tayvan dolları (10,1 milyard dollar) xalis mənfəət əldə etdiyini bildirmişdi. Bu, illik müqayisədə 54,2% artım və şirkət tarixində ən yüksək rüblük mənfəət deməkdir.
Qeyd edək ki, çərşənbə axşamı ticarətin bağlanışında şirkətin səhmləri 0,9% ucuzlaşıb.