Müəllif:Ayşən İmanova/Banco.az
“Numbeo” 2024-cü ildə yaşamaq üçün ən bahalı və ən ucuz şəhərlərin siyahısını dərc edib.
Banco.az xəbər verir ki, reytinq dünyanın 218 şəhərini əhatə edir və hər altı aydan bir nəşr olunur.
Burada dörd nəfərlik ailənin yaşayış dəyərinin müxtəlif aspektlərini əks etdirən bir neçə əsas indeks nəzərə alınır. Bunlar, xüsusən, ərzaq məhsulları, restoranlar, nəqliyyat və kommunal xidmətlərin qiymətləridir. Bununla belə, indeksə kirayə və ya ipoteka kimi yaşayış xərcləri daxil deyil.
2024-cü ildə yaşamaq üçün ən bahalı şəhərlərin siyahısını təqdim edirik:
1. Cenevrə, İsveçrə (101,7)
2. Sürix, İsveçrə (100,4)
3. Nyu-York, ABŞ (100)
4. San Fransisko, ABŞ (90.5)
5. Boston, ABŞ (85.8)
6. Reykyavik, İslandiya (83.9)
7. Vaşinqton, ABŞ (82.5)
8. Sietl, ABŞ ( 81.5)
9. Los-Anceles, ABŞ (80.9)
10. Çikaqo, ABŞ (80.2)
Bakı (32.8) 171-ci yerdə, İstanbul (39.1) 136-cı, Moskva (38.9) 137-ci, Yerevan (42.1) isə 126-cı yerdə qərarlaşıb.
Qiymətlərin ən münasib olduğu şəhərlər arasında isə Pakistanın Kəraçi (19.0), Lahor (19.1) şəhərləri və Hindistanın Kəlkətə şəhəri (21.1) yer alıb.