Dünyanın ən bahalı resurslarından biri də tibbdə geniş istifadə olunan atnalı xərçənginin qanıdır. Bəzi canlılardan fərqli olaraq onların qanı mavi rəng təşkil edir. Bu canlılar adi xərçənglərdən öz xarici görünüşünə görə bir qədər fərqlənsələr də əsas fərq onların qanının dünya bazarındakı qiymətilə əlaqədardır. Bu canlıların qanının 3-4 litrinin qiyməti təqribən 60.000 dollar təşkil edir. Onların qanında mis birləşməsi yer almaqdadır. Bundan əlavə qanın tərkibində olan laxtalaşdırıcı element tibbi məhlul hazırlanmasında istifadə olunur.
Bu element Limulus Amebocyte Lysate, qısa şəkildə LAL adlanır. Bu maddə aşkar edilmədən öncə elm adamları vaksinlərin təsirini yoxlamaq üçün onları dovşanlar üzərində sınaqdan keçirirdilər. Lakin 1970-ci ildə LAL-ın kəşfindən sonra maddə bakteriyaların təyinində və vaksinlərin yoxlanmasında böyük oynamağa başladı. Beləki, yoxlamaq üçün kiçik həcmdə LAL maddəsini bakteriyaların üzərinə əlavə etdikdə onlar jeleyə oxşar forma alırdılar. Bu maddə bakteriyanı öldürməsə də onun qarşısının alınmasında vacib rol oynayırdı. Bu məqsədlə dünyada hər il 600.000 xərçəng bu məqsədlə istifadə olunur və onların qanının 30%-i tibbi proseslər üçün əldə olunur. Bu prosesdən sonra xərçənglərin 30%-i yaşaya bilmir. Yerdə qalanlar isə yenidən suya buraxılsa da sonrakı vəziyyətləri haqda kəskin bir fikir demək qeyri-mümkündür. 2016-cı ildə INCN təşkilatı onları nəsli tükənməkdə olan canlılar siyahısına əlavə olunacağını bildirib. Lakin Win Watson adlı şəxs onların 2 həftə sonra özlərini bərpa etdiyini iddia edir. Lakin belə olmadıqda yaxın gələcəkdə insanlar və heyvanlar böyük bir problemlə üz-üzə qala bilərlər. Xatırladaq ki, xərçəng qanı dərman biznesində əvəzolunmaz rol oynamaqla yanaşı qida sənayesində də tələb görən yeyinti məhsullarından biridir.
Həmçinin maraqlıdır: Maraqlı və qəribə biznes ideyaları
Nəcibə Yusifova, Banco.az