"AzerGold"un ixrac gəlirləri 78%-dən çox artıb | Banco.az

"AzerGold"un ixrac gəlirləri 78%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"AzerGold" QSC bu ilin yanvar-oktyabr ayları ərzində 196,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 86.3 milyon ABŞ dolları və ya 78.5% çoxdur. 

Qeyd edək ki, "AzerGold" 2024-ci ilin yanvar-oktyabr aylarında ixracdan 110 milyon ABŞ dolları gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram