Səudiyyə Ərəbistanı Sərmayə Bazarı Palatası, milli neft şirkəti "Saudi Aramco"nun, səhmlərinin bir hissəsinin ilkin kütləvi təklifi (İPO) üçün müraciətini təsdiqləyib. Səhmlərin dekabr ayından etibarən ticarət olunması gözlənilir.
Palatadan verilən yazılı açıqlamada, səhmlərin ilkin kütləvi təklifi müraciətinin qəbul edildiyi; sərmayə qoymaq istəyənlər üçün şirkətin maliyyə göstəriciləri, fəaliyyətləri və rəhbərliyi haqqında əhatəli məlumatların yer alacağı hesabatların ilkin kütləvi satışdan öncə açıqlanacağı qeyd edilib.
Açıqlamada ilkin kütləvi təklifin nə vaxt başlayacağına dair məlumat verilməyib.
Vəliəhd Şahzadə Məhəmməd bin Salman, "Vizion 2030"un ən mühüm tədbirlərindən birini, "Aramco"nun səhmlərinin bir hissəsinin investorlara satışı və buradan əldə ediləcək gəlir ilə digər sektorlara sərmayə qoyulması olaraq açıqlamışdı.
Dünyada neftin 10%-ni istehsal edən Səudiyyə şirkəti keçən il 111.1 milyard dollar mənfəət əldə etmişdi. Bu, "Apple", "Google", "Exxon" şirkətlərinin cəmi mənfəətlərindən çox idi.
Səudiyyə Vəliəhd Şahzadəsinə görə, "Aramco"nun dəyəri 2 trilyon dollardır. Ancaq beynəlxalq məsləhətçilərə görə, sərmayəçilər bu qiymət səviyyəsindən alış etməyə bilərlər. Bankçılara görə, "Aramco"nun dəyəri 1,6-1,8 trilyon dollar aralığında formalaşacaq.
"Aramco" ilkin kütləvi təklivdə məsləhət xidmətləri almaq üçün JPMorgan Chase & Co., Morgan Stanley, Goldman Sachs Group Inc., Bank of Americ Merrill Lynch, Citigroup Inc., HSBC Holdings HSBC PLC və Credit Suisse Group AG-ni seçmişdi.
Marja