Avropa İttifaqı ABŞ-dən neft alışını son 10 ildə maksimuma çatdırıb | Banco.az

Avropa İttifaqı ABŞ-dən neft alışını son 10 ildə maksimuma çatdırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqına (Aİ) üzv dövlətlər ABŞ-dən neft idxalını son 10 il ərzində maksimuma çatdırıblar. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat yayıb.

Belə ki, 2024-cü il üçün idxalın həcmi 12,17 milyard dollar təşkil edib. Ötən il ümumilikdə 173,8 milyon barel ABŞ nefti ixrac edilib ki, bu da 2023-cü illə müqayisədə 40 % çoxdur.

ABŞ neftinin ilk beş ən böyük idxalçısı Niderland, Belçika, Fransa, Polşa və Almaniya olub. Təkcə Niderland 6 milyard dollarlıq məhsul alıb ki, bu da ABŞ-dən Avropa neft idxalının yarısını təşkil edib. Belçika ABŞ-dən təxminən üç dəfə az - 2,32 milyard dollar, Fransa isə 1,6 milyard dollarlıq neft məhsulları alıb.

Bütün digər Aİ ölkələri idxalın 2 milyard dollarını və ya 20 %-dən azını təşkil edib. Eyni zamanda, Avropa bazarına tədarük ABŞ neft məhsulları ixracının təxminən 10 %-ni təşkil edir.