Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Tramp polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunu elan edəcəyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü polad və alüminium idxalına 25 faiz dərəcəsində gömrük rüsumu tətbiq edəcəyini bildirib.
Tramp “Super Bowl” oyununa qatılmaq üçün Floridadan Nyu-Orleana gedərkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamalar verib.
“ABŞ-a gətirilən hər bir polada 25 faiz rüsum tətbiq olunacaq,” – deyə Tramp bildirib və alüminium üçün də eyni dərəcədə gömrük rüsumunun nəzərdə tutulduğunu qeyd edib.
Tramp bu tariflərin bazar ertəsi günü açıqlanacağını bildirərək, Kanada və Meksikadan gətirilən alüminium və poladın da bu rüsumlara tabe olacağını vurğulayıb.
O, çərşənbə axşamı və ya çərşənbə günü isə qarşılıqlılıq prinsipinə əsaslanan tariflərin elan ediləcəyini qeyd edərək, "Əgər onlar bizdən 130 faiz vergi alır, biz isə onlardan heç nə almırıqsa, bu belə davam etməyəcək" ifadəsini işlədib.
Bizi sosial şəbəkələrdən izləyin!!