Dünya bazarlarında neft bahalaşıb | Banco.az

Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb.

Banco.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,50% və ya 0,37 dollar artaraq 1 barelə görə 74.66 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,55% və ya 0,39 dollar artaraq 71.00 ABŞ dollarına bərabər olub.