Dünya üzrə şirkət səhmlərinin birjada satışa çıxarılması azalıb | Banco.az

Dünya üzrə şirkət səhmlərinin birjada satışa çıxarılması azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyada şirkət səhmlərinin birjada satışa çıxarılması (“IPO”) ilk 6 ayda azalıb.

Banco.az xəbər verir ki, audit və konsaltinq şirkəti “EY” Qlobal IPO Tendensiyaları 2024 Hesabatının yanvar-iyun dövrünün nəticələrini açıqlayıb.

Hesabata görə, cari ilin yanvar-iyun aylarında həyata keçirilən kütləvi təklif əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azalaraq 551 ədədə düşüb. 

Eyni dövrdə kütləvi təklif yolu ilə əldə edilən gəlir 52,2 milyard dollar olaraq hesablanıb. Bu da o deməkdir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə IPO ilə əldə edilən gəlirdə 16 faiz azalma olub.

Ən sərfəli kredit üçün müraciət et

IPO əməliyyatlarındakı azalmada əsasən Asiya-Sakit Okean regionu rol oynayıb. Ancaq Amerika və Avropa, Yaxın Şərq, Hindistan və Afrika (EMEIA) regionlarında birinci yarıda güclü artım müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram