Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalandı | Banco.az

Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalandı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Ticarət Mərkəzləri Assosiasiyasının (WTCA) Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı İİTKM-in Azexport portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkələr arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z. Qardaşovun sözlərinə görə, TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin vardır.

Dünya Ticarət Mərkəzləri Assosasiyasının (WTCA) Hindistan nümayəndəliyinin vitse prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib. 

Görüşdə həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün sonunda Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir. Hazırda WTCA 90 ölkədə 287-dən çox lisenziyalı Dünya Ticarət Mərkəzlərini, eləcə də 850,000-dən çox şirkət və fərdi üzvləri özündə birləşdirir.