Dünya Ərzaq Proqramı ölkələrin aclıq səviyyəsi reytinqini açıqlayıb | Banco.az

Dünya Ərzaq Proqramı ölkələrin aclıq səviyyəsi reytinqini açıqlayıb

BMT-nin Dünya Ərzaq Proqramı 2020-ci il üzrə aclıq səviyyəsinə görə ölkələrin reytinqini dərc edib.

Azərbaycan sözügedən reytinqdə ABŞ, Qərbi Avropa və zəngin Asiya ölkələri ilə birlikdə əhalinin sayına görə aclıq səviyyəsinin ən aşağı olduğu ölkələr sırasında qeyd olunub. Sənədə görə, Azərbaycanda aclıq və zəif qidalanmadan əziyyət çəkənlərin sayı ümumi əhalinin 2,5%-dən azdır. Cənubi Qafqaz regionunun digər ölkələri olan Ermənistanda xroniki aclıqdan əziyyət çəkənlərin sayı ümumi əhalinin 5%-ni, Gürcüstanda isə 5-14,9%-ni təşkil edir.

Hesabata görə, dünyada zəif qidalanmadan ən çox əziyyət çəkən ölkələr sırasında Şimali Koreya, Çad, Liberiya, Madaqaskar, Haiti və Ruanda yer alıb. Bu ölkələrdə aclıqdan əziyyət çəkənlərin sayının ümumi əhalinin 35%-dən çoxunu təşkil etdiyi bildirilir.

Hesabatda qeyd olunub ki, hazırkı tendensiya davam edəcəyi təqdirdə 2030-cu ilədək xroniki aclıqdan əziyyət çəkən insanların sayı 840 mln. nəfərə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et