Dünya əhalisi bir illik təbii sərvəti 214 gün ərzində istehlak edib | Banco.az

Dünya əhalisi bir illik təbii sərvəti 214 gün ərzində istehlak edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya əhalisi bir illik təbii sərvəti 214 gün ərzində istehlak edib.

Banco.az xəbər verir ki, Planetin insanlara təqdim etdiyi 1 illik təbii sərvətdən istifadənin ölçülməsi ilə hesablanan “Ümumdünya Aşırılıq Günü” bu il avqustun 2-si olaraq təyin edilərkən ilin resurslarını 214 gündə tükətən dünya sabahdan etibarən gələn ildən borc alacaq.

Qlobal istiləşmə, dünya əhalisinin artması, meşələrin qırılması və urbanizasiya kimi faktorlar təbii ehtiyatların hər ötən gün daha çox tükənməsinə səbəb olur.

Ümumdünya Aşırılıq Gününü hesablayan Qlobal Ayaq İzi Şəbəkəsi (GFN) 2023-cü ilin təbii ehtiyatlarının 2 avqust tarixinə tükəndiyini açıqlayıb.

Qeyd edək ki, 1961-ci ildən bəri GFN tərəfindən qeydə alınan məlumatlara əsasən, ilk qlobal aşırılıq 1971-ci ildə, 25 dekabrda resurslar tükəndiyi zaman aşkar edilmişdir. Kovid-19 pandemiyası səbəbindən təbii ehtiyatlardan istifadənin azaldığı 2020-ci il istisna olmaqla, qlobal limitin keçildiyi gün demək olar ki, hər il daha erkən tarixə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram