Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır | Banco.az

Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri qazancını saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Delta ştammı ilə yoluxma sayının artmasına baxmayaraq investorların qlobal yaxşılaşma tendensiyasının davam edəcəyinə dair proqnozları səbəbindən hazırda stabilliyini saxlayır.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) ötən iki seansda 4,2% yüksəldikdən sonra hazırda bir bareli 69.30 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında dünən 1,2% bahalaşdıqdan sonra yenidən 0,1% yüksələrək 71.49 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et