Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

 Neftin qiyməti bir gün əvvəl mülayim yüksəlişdən sonra cümə günü bir qədər ucuzlaşır.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 73,91 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,12 dollar (0,16%) aşağıdır. Cümə axşamı bu kontraktlar bir barel üçün 0,24 dollar artaraq 74,03 dollar olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin may fyuçersləri bu vaxta qədər 0,11 dollar (həmçinin 0,16%) ucuzlaşaraq 69,81 dollar/barelə düşüb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,27 dollar artaraq bir barel üçün 69,92 dollar olub.