Dünya bazarında təbii qazın qiyməti sürətlə artır - Səbəb nədir? | Banco.az

Dünya bazarında təbii qazın qiyməti sürətlə artır - Səbəb nədir?

Müəllif: Mehin Qasımova/Banco.az 

İsraillə Fələstin arasında baş verən son müharibədən sonra Yaxın Şərqdə gərginlik yenidən artıb və bu vəziyyət əmtəə bazarında da özünü göstərib.

Banco.az xəbər verir ki,regiondakı münaqişələrdən sonra Avropada təbii qazın qiyməti 10 faizdən çox artıb.

Belə ki, münaqişə səbəbindən Tamar qaz yatağında hasilat dayandırılıb. 

Digər tərəfdən, Finlandiya və Estoniya arasında Balticconnector boru kəmərinin müvəqqəti bağlanması  qiymət artımında hərəkətverici qüvvə olub.

Avropanın ən dərinliyinə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF, noyabr fyuçers müqavilələrində meqavat/saat təbii qazın qiymətini 43,9 avrodan bağlayıb. Bu gün bahalaşma davam edir və hazırda 47,6 avro səviyyəsindədir.

Artan münaqişələr regionda təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır. 

“Tamar” yatağında təbii qaz hasilatı ötən il əvvəlki ilə nisbətən 18 faiz artaraq 10,2 milyard kubmetrə çatıb. Bu ərazi İsrailin elektrik enerjisi istehsalında istifadə etdiyi təbii qazın böyük bir hissəsini təmin edir.

Müharibədən sonra neft qiymətlərində də yüksəliş müşahidə edilib. Yeni həftə ilə xam neftin barrel qiyməti 82 dollardan açılaraq 86 dollara yüksəlib.

ABŞ-da təbii qaz qiymətləri son 8 ayın ən yüksək həddindədir.

Artan ixracın və artan qlobal qaz qiymətlərinin təsiri ilə ABŞ təbii qaz qiymətləri son 8 ayın ən yüksək səviyyəsinə çatıb. Bu qiymət artımı növbəti iki həftə ərzində gözləniləndən daha mülayim hava şəraiti və aşağı istilik tələbi ilə bağlı proqnozlara baxmayaraq baş verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram