Dünya Bankı kasıb ölkələr üçün çıxış yolları axtarmağa çağırıb | Banco.az

Dünya Bankı kasıb ölkələr üçün çıxış yolları axtarmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın ən kasıb ölkələri üçün çıxış yolları axtarmaq lazımdır.

Banco.az xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Devid Malpass bildirib. Onun sözlərinə görə, qarşıdan gələn yaz sessiyasında əsas müzakirə mövzularından biri müvafiq dövlətlərin borclarının restrukturizasiyası üçün həll yollarının axtarışı olacaq. Dünya Bankının rəhbəri hazırda kreditorların əvvəlcədən razılaşdırılmalı olan məsələlərin müzakirəsinin aparıldığını bildirib. O, bu istiqamətdə irəliləyiş əldə etməyin vacib olduğunu vurğulayaraq, investisiyaları bərpa etmək üçün ölkələrin şəffaflığa, davamlı borc yüklərinə ehtiyac duyduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram