Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır | Banco.az

Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır

2020-ci ildə dünya bazarında xam neftin orta qiymətinin (Brent, WTI, Dubai) 2019-cu ilin proqnozu ilə (60 dollar/barel) müqayisədə azalaraq 58 dollar/barel olacağı gözlənilir.

Bu barədə Dünya Bankının hesabatında qeyd edilib.

Proqnoza görə, 2021-ci ildə isə xam neftin bir barelinin qiyməti 59 dollar təşkil edəcək.

Hesabata əsasən, qlobal artımın zəifləməsi proqnozu fonunda 2019-2020-ci illərdə tələbatlə bağlı gözləntilər azalmaya doğrudur: “Hesab edilir ki, OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşması 2020-ci ildə də davam edəcək. Neftə daha az tələbatda risk iqtisadi artımın daha da yavaşlamasıdır. OPEC ölkələri və tərəfdaşları dekabrda hasilatın gələcək azalması ilə bağlı müzakirə aparacaqlar, bu da qiymətləri dəstəkləyə bilər. Lakin qiymətlər aşağı səviyyədə qalarsa, hasilatın daha böyük həcmdə azalması razılaşması gərginləşdirə bilər. Ekvador bu yaxınlarda daha çox gəlir əldə etmək üçün hasilatı artırmaq istədiyini və buna görə də 2020-ci ilin yanvar ayında OPEC-i tərk etmək niyyətində olduğunu elan etmişdi”. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et