Ölkəyə dəyəri 1 mlrd. dollardan çox olan yeyinti məhsulları idxal edilib | Banco.az

Ölkəyə dəyəri 1 mlrd. dollardan çox olan yeyinti məhsulları idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 1 milyard 130 milyon 814 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3% və ya 66 milyon 688 min dollar artıb.

Məlumata görə, 2025-ci ilin ilk 5 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 64 milyon 126 min dollar olub.

Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 10,68% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram