Mərkəzi Bank və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini müzakirə edib | Banco.az

Mərkəzi Bank və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam Maliyyə Xidmətləri Şurası arasımda əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İslam Maliyyə Xidmətləri Şurasının baş katibi Qiyat Şabsiq ilə görüşüb.

"Görüş çərçivəsində maliyyə sektorunun inkişaf dinamikası müzakirə olunub, maliyyə inklüzivliyinin genişləndirilməsi və sektorun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.