Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 2 158,8 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 1 931,7 manat, özəl sektorda isə 2 299,8 manat olub.
2025-ci ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 594,6 manat, özəl sektorda isə 2 117,7 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
