Dövlət rüsumunun hesablanma və ödənilmə qaydası dəyişib | Banco.az

Dövlət rüsumunun hesablanma və ödənilmə qaydası dəyişib

Milli Məclsin bugünki plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə olunaraq təsdiqlənib.

Qanunun 4-cü maddəsinə edilən əlavəyə əsasən, bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəasini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissə isə dövlət büdcəsinə ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

"Dövlət rüsumu haqqında" qanuna digər dəyişikliklə 3 maddəyə əlavə edilib ki, həmin əlavələrə əsasən, investisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Mənbə : report.az