Dollar/TL məzənnəsi açıqlandı - Yeni tarixi rekord | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Yeni tarixi rekord

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsində növbəti rekord qeydə alınıb.

Banco.az türk mətbuatına istinadla bildirir ki, dünən Türkiyə Respublikası Mərkəzi Bankının uçot dərəcəsini 18%-ə endirməsindən sonra sürətlə ucuzlaşaraq 8.8017 səviyyəsi ilə tarixi anti-rekorda imza atan məzənnə daha sonra 8.75-ə geriləmiş, həftənin sonuncu iş gününə də eyni səviyyələrdə başlamışdı. Gün ərzində türk lirəsinin dollara qarşı dəyər itirməyə davam etməsi ilə kursda növbəti rekord qeydə alınıb.

Hazırda Dollar/TL məzənnəsi 8.83 səviyyəsində icra edilir. 

Qeyd edək ki, dünya miqyasında mərkəzi bankların faiz qərarları açıqlandığı üçün hazırda birjaların əsas diqqət mərkəzində Çinin daşınmaz əmlak nəhəngi "Evergrande" şirkətinin cari vəziyyəti var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et