Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə rekord səviyyədə başlayıb.
Dollar/TL məzənnəsi üzrə həftəlik yüksəliş son iş günündə də davam edir.
Cümə axşamını 7.20 səviyyələrində başa vuran məzənnə həftənin son iş gününə yüksəlişlə başlayıb. Kurs Bakı vaxtı ilə 11:16-da 7.3140 səviyyəsində icra edilib.
Qeyd edək ki, bu səviyyə məzənnədə bu ilin may ayından sonra növbəti rekord göstəricidir.
İyun ayının ortalarından bəri stabilliyini saxlayan, Qurban Bayramından sonra dalğalanan kurs bu həftə ərzində 5%-dən çox yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!