Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Bütün dünyanın böyük maraqla gözlədiyi ABŞ prezident seçkilərində hələ də qalib elan edilməyib. Demokratlar partiyasının namizədi Coy Bayden zəfər qazanmağa daha yaxın görünsə də, hazırki prezident Donald Tramp seçki nəticələrini qəbul etməyini elan edib. Bu qeyri-müəyyənlik fonunda dollarda da dalğalı hərəkətlilik müşahidə olunur.
Dollar/TL məzənnəsi son iş gününə 8,43 səviyyəsində başlayıb, Bakı vaxtı ilə 10:20-də 8,45 səviyyəsində icra edilib.
Xatırladaq ki, dünən axşam saatlarında FED-in proqnozlara paralel olaraq faizləri sabit saxlamasını açıqlaması da kursda mühüm hərəkətliliyə səbəb olmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!