Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi bir neçə həftədir ki, davam edən stabilliyini saxlayır.

Uzun müddətdir ki, 6.85-6.86 səviyyələrində dalğalanan kurs yeni iş həftəsinə də 6.86 səviyyəsində başlayıb. 

Bu gün dollar qlobal miqyasda dəyər itkisi yaşayır, əksər inkişaf etməkdə olan ölkə valyutaları isə Cənubi Afrika randı və Cənubi Koreya vonunun başçılığı ilə dəyər qazanır.

Qeyd edək ki, gün ərzində Türkiyədə may ayı üzrə ödəmələr tarazlığı və sənaye istehsalı göstəriciləri açıqlanacaq. Amerikada isə mühüm gündəm mövzusu yoxdur.

Həftə ərzində isə ABŞ-da balans hesabatı, Avropa Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankının faiz qərarları izləniləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et