Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-may aylarında 468 ədəd elektrikli avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 5 ayda ölkənin elektrikli avtomobil idxalının dəyəri isə 12 milyon 353 min dollar olub.
İllik müqayisədə elektromobil idxalında 299 ədəd azalma qeydə alınıb. Son 5 ilin göstəricilərinə baxsaq, idxalda həm miqdar, həm də dəyər baxımından dalğalanmalar olduğunu görə bilərik. 2022-ci ildən (yanvar-may aylarında) bəri idxal edilən elektrikli avtomobillərin sayı bu qədər olub:
|
İllər (yanvar-may ayları) |
Sayı |
Dəyəri (dollar) |
|
2026 |
468 |
12 milyon 353 min |
|
2025 |
767 |
25 milyon 762 min |
|
2024 |
1 250 |
53 milyon 500 min |
|
2023 |
812 |
34 milyon 383 min |
|
2022 |
130 |
3 milyon 745 min |
Bizi sosial şəbəkələrdən izləyin!!
