Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyun ayının 1-nə Azərbaycan bankları 785.2 milyon manat qeyri-faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39.8 milyon manat və ya 5.3% çoxdur.
Hesabat dövründə bankların qeyri-faiz xərcləri isə 1 milyard 341 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
