Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi 6.83-6.86 səviyyəsi aralığında dalğalanır.

İlin ikinci rübünü 3.6%-lik yüksəlişlə başa vuran Dollar/TL səhər saatlarında 6.85 səviyyəsində icra edilir. Kurs bir həftədən çoxdur ki, 6.83-6.86 səviyyələri aralığında dalğalanır. 

Dollar səhər saatlarında qlobal miqyasda dəyər qazanır, əksər inkişaf etməkdə olan ölkə valyutaları dollara qarşı dəyər itkisi yaşayır.

Bu gün Türkiyədə İSO Türkiyə PMI may ayı göstəriciləri və İstanbul Ticarət Bürosunun may ayı üzrə qiymət indeksi izləniləcək. ABŞ-da isə özəl sektor üzrə məşğulluq göstəriciləri gündəm mövzusudur. 

Xatırladaq ki, cümə günü açıqlanacaq iyun ayı üzrə inflyasiya göstəricilərinin məzənnəyə əsaslı təsir göstərəcəyi proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et