Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Dünən 8.76 səviyyəsindən 8.68-ə geriləyən məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlayıb.
Hazırda Dollar/TL məzənnəsi 8.73 səviyyəsində icra edilir.
Qeyd edək ki, dünya birjalarının diqqəti koronavirusa yoluxma sayının atmasına yönəlib. Belə ki, həm Uzaq Şərq, həm də Avropada yeni yoluxma hallarının artması iqtisadi yaxşılaşmasının sürətinə dair narahatlıqlara səbəb olmaqdadır.
Bizi sosial şəbəkələrdən izləyin!!