Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Dünən səhər saatlarında 8.62 səviyyələrində icra edilən məzənnə günü 8.60 səviyyəsində başa vurub.
Hazırda Dollar/TL məzənnəsi 8.59 səviyyəsində icra edilir.
Qeyd edək ki, bu gün Türkiyədə yerli birjalara təsir göstərəcək mühüm gündəm mövzusu yoxdur. Dünyada isə Amerika Mərkəzi Bankının (FED) hansı tarixdə sərtləşdirilmə tətbiq edəcəyinə dair proqnozlar birjaların istiqamətini müəyyənləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!