Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi 6.80 səviyyəsini keçib.
Dünən 6.80 səviyyəsini keçən Dollar/TL iş həftəsinin son gününə də bu səviyyələrdə başlayıb.
Dünən günə 6.78 səviyyəsində başlayan kurs dolların qlobal miqyasda dəyər qazanması ilə yüksələrək 6.84 səviyyəsinə çatdı.
Günü isə 6.8412 səviyyəsində başa vuran dollar səhər saatlarında 6.83 səviyyəsində icra edilir.
Qeyd edək ki, bu gün əksər inkişaf etməkdə olan ölkə valyutaları dollara qarşı dəyər itkisi yaşayır.
Türkiyədə gün ərzində cari tarazlıq və ödəmələr tarazlığı üzrə göstəricilər gündəm mövzudur. Amerikada isə istehlakçı indeksi izləniləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!