Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi stabilliyini saxlayır.
Dollar/TL məzənnəsi iş həftəsinin son gününə stabil səviyyədə başlayıb.
Türkiyə Mərkəzi Bankının dünən proqnozlara yaxın faiz endirimi qərarından sonra 6.81-dən 6.78 səviyyəsinə geriləyən, günü də 6.79 ilə başa vuran məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlayıb. Dollar bu gün qlobal miqyasda dəyər qazanır, inkişaf etməkdə olan ölkə valyutalarından əksəriyyəti isə dollara qarşı itki yaşayır.
Xatırladaq ki, 7 may tarixində 7.2690 ilə tarixi rekorda imza atan məzənnə swap razılaşmalarına dair xəbərlərin fonunda 7 səviyyəsindən aşağı düşmüşdü. Mütəxəssislər aparıcı Mərkəzi Banklardan biri ilə swap razılaşması imzalanması halında Türk Lirəsinin əhəmiyyətli dərəcədə dəyər qazanacağını proqnozlaşdırırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!