Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyanın ən gənc milyarderləri arasında startap qurucularından çox, varislər üstünlük təşkil edir.
Banco.az Forbes-ə istinadən xəbər verir ki, ən böyük miras payları əsasən lüks mallar, əczaçılıq, pərakəndə satış və istehsal sahələrində fəaliyyət göstərən ailə bizneslərinə aiddir.
Reytinqdə xüsusilə Almaniya və İtaliya üstünlük təşkil edir ki, bu da Avropada çoxnəsilli korporativ sərvətin cəmləşdiyini göstərir.
30 yaşdan kiçik milyarderlərin yalnız kiçik bir hissəsi sərvətini özü qazanıb. Bu kateqoriyaya daxil olanlar əsasən süni intellekt və texnologiya startapları vasitəsilə yüksəlib:
- Klemente Del Vekkio (21) – 6.8 mlrd. dollar
Mənbə: Miras (EssilorLuxottica) - Luka Del Vekkio (24) – 6.8 mlrd. dollar
Mənbə: Miras (EssilorLuxottica) - Johannes von Baumbach (20) – 6.6 mlrd. dollar
Mənbə: Miras (Boehringer Ingelheim) - Frans fon Baumbach (24) – 6.6 mlrd. dollar
Mənbə: Miras (Boehringer Ingelheim) - Katarina fon Baumbach (26) – 6.6 mlrd. dollar
Mənbə: Miras (Boehringer Ingelheim) - Maksimilian fon Baumbach (28) – 6.6 mlrd. dollar
Mənbə: Miras (Boehringer Ingelheim) - Kevin David Lehmann (23) – 4.9 mlrd. dollar
Mənbə: Miras (dm – drogerie markt) - Aleksandr Vanq (29) – 3.2 mlrd. dollar
Mənbə: Öz gücü ilə (AI startap) - Zahan Mistry (27) – 3.1 mlrd. dollar
Mənbə: Miras (Tata Sons) - Firoz Mistry (29) – 3.1 mlrd. dollar
Mənbə: Miras (Tata Sons)
Miras yoxsa öz gücü ilə qazanılan sərvət?
Gənc milyarderlər ümumilikdə dünya milyarderlərinin kiçik bir hissəsini təşkil edir. 2026-cı il üzrə məlumatlar göstərir ki, bu yaş qrupunda olan milyarderlərin böyük əksəriyyəti sərvətini miras yolu ilə əldə edib. Öz gücü ilə milyarder olanların sayı isə kifayət qədər azdır.
Siyahıdakı varislərin əksəriyyəti ailə şirkətlərindəki payları sayəsində bu statusa sahib olub. Bu şirkətlərə əczaçılıq nəhəngi Boehringer Ingelheim, eynək istehsalçısı EssilorLuxottica və iri pərakəndə satış şəbəkələri daxildir.
Bu tendensiya göstərir ki, milyarder olmaq təkcə sahibkarlıq uğuru deyil, həm də uzunmüddətli ailə mülkiyyəti və nəsillərarası kapital yığımı ilə sıx bağlıdır.
Öz gücü ilə yüksələnlər – nadir istisnalar
Miras üstünlük təşkil etsə də, bəzi gənc milyarderlər sərvətlərini özləri qazanıblar. Bu hallar əsasən texnologiya sektorunda, xüsusilə süni intellekt və proqram təminatı sahəsində müşahidə olunur.
Bu tip sərvətlər adətən qısa müddətdə, yəni, bir neçə il ərzində formalaşır. Lakin texnologiya sektorundakı dəyişkənlik səbəbilə belə milyarderlərin mövqeyi sürətlə dəyişə bilər.
Avropanın üstün mövqeyi
Ən gənc milyarderlər arasında Almaniya və İtaliya xüsusi yer tutur. Bu isə Avropada güclü sənaye sülalələrinin və ailə bizneslərinin mövcudluğunu əks etdirir.
Avropanın bir çox böyük şirkəti hələ də təsisçi ailələrin nəzarətindədir. Bu struktur sərvətin nəsildən-nəsilə ötürülməsinə imkan yaradır.
ABŞ-də isə fərqli mənzərə müşahidə olunur. Burada milyarderlərin böyük hissəsi texnologiya şirkətlərinin qurucularıdır və sərvət əsasən bir nəsil ərzində formalaşır.
Bizi sosial şəbəkələrdən izləyin!!
