Amerika dolları dünyada ən çox istifadə olunan pul vahididir. Ticarət dövriyyəsinin təxminən 60%-ni dollar, 20%-ni evro əhatə edir. Qalan 20% isə digər pulların payına düşür. Beynəlxalq rezervlərin böyük bir qismi də bu iki pul vahidi və qızıldan təşkil olunur. Maraqlı tərəf isə dolların daha çox üstünlük qazanması ilə bağlıdır. Beləliklə, ABŞ dolları dəyərdə saxlamaq üçün 1944-cü ildə Breeton Woods əyalətində maraqlı bir yeniliyə imza atmaqla tarixi qərar verdi. Bu qərar artıq həmin dövrdən bu günədək dollara olan tələbi qoruyub saxlamaqdadır. Həmin qərara görə 1 üns qızıl 35 dollara bərabər dəyərləndirildi.
Birirnci dünya savaşından sonrakı dövrdə Avropa ölkələrində iqtisadiyyat tənəzzül dövrünü yaşayırdı. Bunun əksinə Amerikada vəziyyət dollar hesabına stabil xarakter daşıyırdı. Yəni Amerika neft rezervlərinə sahib olmasa da dollarla istədiyi qədər neft ala bilirdi. Amma bu vəziyyət 1968-ci il Vyetnam savaşı və 1970-ci illərdə ortaya çıxan neftə olan tələbin artmasıyla fərqli forma aldı. Əslində sövdələşməyə görə Amerika öz hesabındakı qızıl ehtiyatı qədər pul dövriyyəyə çıxarmalı olduğu halda, müharibənin ortaya çıxardığı çətinliklər bu qaydanın pozulmasına şərait yaratdı. Beləliklə, Amerika lazım olandan daha çox dolları dövriyyəyə buraxmağa məcbur qaldı. Eyni zamanda dünyanın ən böyük qızıl ixracatçısı Rusiyanın da öz növbəsində ABŞ-a qızıl satışına məhdudiyyət qoyması vəziyyəti Amerikanın əleyihinə daha da qəlizləşdirdi.
Həmçinin maraqlıdır: Dollar haqda bilmədiyiniz MARAQLI FAKTLAR
Təbii ki, dünyada dolların bu qədər aktuallıq qazanması Avropa ölkələrini öz növbəsində kifayət qədər narahat etdi. Bu ölkələr içində Almaniya və Fransa xüsusi ilə seçilirdi. 1968-ci ildə Fransadan De Gaulle və Almaniyadan Adenauer razılığa gələrək dünyanın maliyyə sistemini pozan sistemə qarşı birləşdilər. Bunun üçün onlar dollarları toplayaraq qarşılığında Amerikadan qızıl tələb etməyi düşünürdülər. Amerika qızıl verə bilməyəndə isə sistemin uğursuzluğu ortaya çıxacaqdı. Dəqiq fakt olmasa da hər iki ölkənin bu addımı atdığı və qarşılığında Amerikadan qızıl aldığı bildirilir. Amma Amerika hər iki ölkəyə xəbərdarlıq etdi. Həmin illərdə Amerika müharibə apardığı üçün vəziyyət idarədən çıxdı və dolların devalvasiyası baş verdi. Amma Amerikanın uzaqgörən siyasəti öz gücünü göstərmişdi, çünki dünya üzrə bütün proseslərin əksər hissəsi dollarla həyata keçirilirdi.
Xatırladaq ki, bir müddət əvvəl Avropa, o cümlədən Rusiya, Türkiyə və Çin kimi ölkələr bu mövzuda müəyyən addımların atılmasının vacibliyini vurğulamışdılar.
sistem çökmədən öncə 1970 ildə:
1 barel neft = 2,5$ , 1 üns qızıl=35 $ idi.
sistemin çökdükdən sonra 1973-cü ildə:
1 barel neft = 9$ , 1 üns qızıl =120 $ oldu.
Nəcibə Yusifova, Banco.az