Dollar haqda bilmədiyiniz MARAQLI FAKTLAR | Banco.az

Dollar haqda bilmədiyiniz MARAQLI FAKTLAR

Həyatı pulsuz təsəvvür etmək qeyri-mümkündür. Hər ölkənin özünəməxsus pul vahidi mövcuddur. Bütün ölkələrin pul vahidini tanımaq bir qədər problemdir. Amma dollar demək olar ki, bütün dünyada ən tanınmış pul əskinasıdır. Bu yazıda sizə pullar, xüsusilə də dollar haqda maraqlı məlumatlar verəcəyik.

Ən çox saxta dollar 20 dollarlıq əskinazlarda olur. Əslində bunun belə olması heç də təəccüblü olmamalıdır.İlk olaraq ona görə ki, 20 dollarlıq əskinaslar daha çox istifadə olunur və 100 dollarla müqayisədə daha az nəzərə çarpır. Bir digər səbəb isə 20 dollarlığın saxtasını çıxarmaq digərləri ilə müqayisədə daha asandır.

Bir çoxları dolların kağızdan hazırlandığını düşünsə də əslində elə deyil. Dolların 25% kətan və75%-i pambıqdan hazırlanır. Buna görə də 2009-cu ildə çıxarılan dollar üçün 21.000 pambıq rulonu istifadə olunub.

Pul nə qədər yaşayır? Gülməli də olsa bu sualda həqiqət payı gizlənməkdədir. Beləki, təxminlərə görə 1 dolların istifadə dövriyyəsi 18 ay çəkməkdədir. Bu rəqəm pulun dəyəri artdıqca artır. Məsələn, 50 və 100 dollarlıq əskinaslar demək olar ki, 9 ay dövriyyədə qala bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Dollarlar arasında hamının istifadə etmədiyi pul vahidləri də mövcuddur. Buna missal olaraq, Federal Rezerv Bankları arasında işlənən və külçə qızıl dəyərində olan əskinası göstərmək olar. Pulun üzərində prezident Vilsonun şəkli yer almaqdadır.

Bundan əlavə bəzi dollar əskinaslarının üzərində Vaşinqton və Linkolnın təsvirləri yer almaqdadır və onların şəkli ölümlərindən 2 il sonra dollar üzərində istifadə olunmağa başlayıb. Onu da bildirək ki, həmin illərdə saxta pul o qədər geniş yayılıb ki, gizli polis təşkilatı yaradılıb. Həmin dövrdə pulların üçdə birinin saxta olduğu qeyd olunur.

Həmçinin maraqlıdır: Ən çox qazanan ABŞ prezidentləri

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et