Dollar 200 rubla qədər yüksələcək | Banco.az

Dollar 200 rubla qədər yüksələcək

“Qərbin sanksiyaları rublun  dəyərdən düşməsinə gətirib çıxarıb. 2015-ci ilin martında artıq dollar 200 rubl  təşkil edəcək”.

Bunu “Finam Mecment”in ekspertləri bəyan edib. Bildiriblər ki, Rusiya   növbəti ilə çətinliklə çıxacaq: “Yeni ildən sonra iqtisadiyyatda bərpa başlayacaq. Bu, qorxulu deyil. Ən qorxulusu odur ki, dollar 200 rubla qədər yüksələcək.

Ən sərfəli kredit üçün müraciət et

Onu da bildirək ki, Rusiyanın Mərkəzi Bankı noyabrın 10-dan  rublun məzənnəsinə müdaxiləni minimuma endirən qərar qəbul edib.Bununla belə Rusiya Bankı valyuta müdaxiləsindən tam imtina edilməyəcəyini bildirib. Ölkədə maliyyə sabitliyinə təhlükə yarandığı təqdirdə Mərkəzi Bank məzənnəyə müdaxilə hüququnu özündə saxlayıb.