Disneyin art direktoru təcavüzdə günahlandırıldığı üçün vəzifəsini tərk edəcək | Banco.az

Disneyin art direktoru təcavüzdə günahlandırıldığı üçün vəzifəsini tərk edəcək

Lasseterin işdən ayrılması haqda xəbərlər noyabr ayında altı aylıq məzuniyyət götürməsi ilə başladı. Beləki, həmin vaxtı Con öz həmkarlarına məktub yazaraq qeyri-etik davranışlarına görə üzr istəmişdi.

Lasseterin belə davranışı haqda məlumatı “Oyuncaqların tarixi” animasiyasının ssenaristlərindən biri Raşida Cons verib. Məlumatı Pixar studiyasının digər xanım heyətinin üzvləri də təstiqləyib.

Şirkət onun gedişi haqda qərarı 21 may tarixində qəbul edib. The Wall Street Journal-ın yazdığı xəbərə görə, Lasseter yaradıcı heyətə qayıtsa belə öz vəzifəsini əldə saxlaya bilməyəcək.

Lasseter haqda qərar Pixar Animation Studio-da və Walt Disney Animation Studios-da fikir ayrılığına səbəb oldu. Belə ki, bir qrup insan onun qayıdışını neytral qarşılasa da digər qrup, xüsusilə gənc xanımlar bunu bir mənalı qarşılamayaraq, #MeToo həştəqinin yenidən aktuallaşacağını bildirib.

WSJ-yə yaxın mənbənin bildirdiyinə görə Lasseterlə Disney arasında kontrakt 2019-cu ildə qüvvədən düşəcək və həmin zamana qədər Lasseter əməkdaşların konsultasiyası ilə məşğul olacaq. Amma belə ehtimal olunur ki, onun artıq nə Pixar nə də Disney-də ofisi olmayacaq. Bazar günü mövzuya münasibət bildirən Lasseter yeni yaradıcı ideyalara fokuslanacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Lasseteri əvəz edəcək şəxs olaraq Disney Animation üçün Cenifer Li və Pixar üçün Pit Dokter göstərilir.

 

Ortaya çıxan fikir

  • Pixarın yaradıcısı – Hollivudun ən tanınmış art direktorlarından biridir. Beləki, Pixar, Disneyi tərk etdikdən sonra məhz Lasseterin Disneyi yenidən dirçəltdiyinə inanılır. Çünki o, “Zootopia”, “Frozen” kimi məhşur animasiyaları ortaya çıxarmaqla şirkətin əvvəlki nüfuzunu özünə qaytara bilmişdi.
  • Cinsi təcavüz haqda iddialar Harvi Vaynşteyndən sonra ortaya çıxdı. Belə ki, 80 yaxın qadın onu qeyri-etik davranışlar sərgiləməsində günahlandırmışdı. Bu qadınlar arasında Hollivudun tanınmış simaları Ancelina Coli, Cenifer Laurens və s. kimi tanınmış simalar yer alırdı. Buna etiraz olaraq sosial şəbəkələrdə #MeToo həştəgi paylaşılmağa başladı.

 

#MeToo həştəqi o qədər ciddi qəbul olundu ki, Amerika Kinostudiyası öz nüfuzunu qorumaq adına Lasseter kimi peşəkarları işdən qovmağı gözə alır.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et