“Disney” şirkəti oyun sənayesinə 1,5 milyard dollar investisiya yatıracaq | Banco.az

“Disney” şirkəti oyun sənayesinə 1,5 milyard dollar investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Disney” “Epic Games” şirkətinə 1,5 milyard dollar investisiya edəcək.

Banco.az xəbər verir ki, əyləncə sənayesinin ən böyük şirkətlərindən biri olan “Walt Disney” video oyun tərtibatçısı “Epic Games”dən 1,5 milyard dollar dəyərində səhm alacağını açıqlayıb.

“Disney”in mövzu ilə bağlı açıqlamasında bildirilir ki, iki şirkət “Disney” hekayələrinin və təcrübələrinin əhatəsini daha da genişləndirəcək yeni bir oyun və əyləncə kainatı üzərində əməkdaşlıq edəcək.

“Epic Games”in məşhur “Fortnite” video oyunu ilə bağlı böyük və açıq oyunlarla əyləncə kainatı yaradacağı qeyd olunan açıqlamada sözügedən kainatın “Fortnite” və onun 100 milyondan çox aktiv oyunçusu və yaradıcısı ilə birlikdə “Disney” hekayələrini və təcrübələrini canlandıracağı ifadə edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Disney” Baş İcraçı Direktoru Robert İger investisiya ilə bağlı qiymətləndirməsində bildirib ki, bu, şirkətin oyun dünyasına ən böyük girişini təmsil edir və onun böyüməsi üçün əhəmiyyətli imkanlar yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et