“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.
Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.
Mikro kreditlər üzrə mütəxəssis (Bakı, Qusar, Xaçmaz, Bərdə, Mingəçevir və Gəncə şəhərləri üzrə)
Tələblər:
- Ali iqtisadi təhsil;
- Mikro kreditlərlə iş sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini bilməli;
- Analitik düşüncə;
- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
- Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.