Devalvasiya nədir ki? | Banco.az

Devalvasiya nədir ki?

Hər gün bu sözü eşidirik - DEVALVASİYA.

"Devalvasiya nədir ki?" deyənlər varsa, buyurub oxuya bilərlər.

Devalvasiya, bir ölkənin rəsmi pul vahidinin digər ölkə pul vahidləri qarşısında dəyərinin azaldılmasıdır. Devalvasiya dövlət tərəfindən, ölkə iqtisadiyyatına edilən xarici müdaxilədir. Təbii ki heç bir ölkə, öz pul vahidinin digər pul vahidləri qarşısında dəyər itirməsini istəməz. Lakin bəzi hallar devalvasiya edilməsini edir. Devalvasiyanın tətbiqinin ən böyük səbəbi, iqtisadiyyatın xarici ticarətində kərsinin olmasıdır. Bir iqtisadiyyatda ümumi idxal, ümumi ixracatdan çoxdursa, deməli həmin o iqtisadiyyatda xarici ticarət kəsri var. Bu vəziyyətdə devalvasiya ilə, ödəniş balansındakı kəsri azaltmağa, ixracın stimullaşdırılmasına, milli şirkətlərin dünya bazarında rəqabət bacarığının artırılmasına çalışılır.

Ölkə pul vahidinin digər valyutalar qarşısında dəyərinin azalmasıyla, satınalma gücü zəifləyir və idxal edilən malların qiyməti alım ediləcək ölkə üçün artmış olur, ölkənin xarici ölkələrə ixrac edəcəyi məhsulların qiyməti isə düşmüş olur. Beləcə ixrac gəlirlərində artım, idxal xərclərində isə azalış yaranır.

Edilən devalvasiyanın uğurlu olması üçün:
-Digər ölkələr qarşı devalvasiya etməməlidirlər.
-Devalvasiya ediləcək ölkədə inflyasiya aşağı səviyyədə olmalıdır.
-İxracatı yüksəldiləcək olan məhsulların qiymət-tələb elastikliyi yüksək olmalıdır.

Məsələn iqtisadiyyatının çoxu kənd təsərrüfatı məhsullarından ibarət olan bir ölkədə, ixrac ediləcək məhsulun tələb elastikliyi azdırsa, məhsulun qiyməti düşsə də ehtiyac halında tələb artacağı üçün ixracat səviyyəsini artırmaq çətin ola bilər.

Məsələn; Ölkəmizdə 1 $ = 1,05 AZN olduğunu düşünün, devalvasiya qərarı alınaraq 50%-lik devalvasiya edilir. İxrac etmək istədiyimiz bir malın isə vahid qiyməti əvvəl 0,80 AZN idisə, devalvasiyadan sonra 1 $ = 1.57 AZN olur. Bu vəziyyətdə əgər ixrac etməyə çalışdığımız məhsul tələb-qiymət elastikliyi yüksək bir məhsuldursa idxalçı devalvasiyadan sonra daha çox məhsul alışı edəcək və vahid ödənişləri isə daha az olacaq. Yəni əvvəllər idxalatçı, vahid xərci 1,05 Azn-lik olan mala 1 dollar verirdisə indi o həmin miqdardakı mala təxminən 0,52 dollar verəcək. Beləcə ixracat miqdarı artacaq və valyuta qənaəti təmin edilmiş olacaq.

Əgər məhsul, tələb-qiymət elastikliyi aşağı bir məhsuldursa, vahid qiymətdə hər hansı bir dəyişiklik olmayacaq. Bu vəziyyətdə ixrac edən ölkə, həmin məhsulun daha çox ixrac etmənin yollarını axtaracaq.
Həmçinin devalvasiya edilən ölkədə inflyasiya artımı yaşana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Devalvasiyanın Təsirləri

  • İxracat artar, idxalat azalar.
  • Xarici ticarət kəsiri azalar.
  • İxracatın artması ilə ölkənin milli gəlirində artış olar.

Devalvasiyanın Mənfi Təsirləri

  • Ölkənin yerli pul vahidi ilə ödənəcək xarici borcların həcmi artar.
  • Sərmayə malları və texnologiya idxalı qiymətində artışlar olacağına görə ölkədə ilkin dəyər inflyasiyası ola bilər. Bu səbəbdən qiymətlərdə artışlar ola bilər.
  • Az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə inflyasiya nisbətində artışlara səbəb olar.

Devalvasiyanın Səbəbləri

  • İxracatı artırmaq üçün devalvasiya qərarı verilə bilər.
  • Ölkə daxilində istehsal edilən mal və xidmətlərin qiymətlərində artışlar müşahidə edilsə, xarici pulların satın alma gücünün eyni nisbətdə artırılması üçün devalvasiya qərarı verilə bilər.
  • İnflyasiyanın idarə edilə bilmədiyi dövrlərdə, Beynəlxalq Valyuta Fondunun (BVF) təzyiqi ilə devalvasiya qərarı verilə bilər.

Devalvasiyanın  nəticələri

  • İxracat artır, idxal azalır.
  • Xarici ticarət kəsiri bağlanır və ya normal vəziyyətə gəlir
  • İxracatın artması ilə milli gəlirə qatqı təmin edilmiş olur.