AMB: Azərbaycanda QR ödəniş tətbiq edən bankların sayı artacaq | Banco.az

AMB: Azərbaycanda QR ödəniş tətbiq edən bankların sayı artacaq

Ölkədə QR ödənişlərinin tətbiqində yeni mərhələ başlayıb.

X Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Məhsul İnkişafı Departamentinin baş mütəxəssisi Emil Ağcayev deyib.

    Onun sözlərinə görə, artıq bir sıra banklar öz QR həllərini istifadəyə verib və bu proses yaxın dövrdə daha geniş miqyas alacaq. Mərkəzi Bank tərəfindən hazırlanmış AzQR vahid ölkə QR standartı beynəlxalq tələblərə uyğunlaşdırılıb və bütün bank və fintech tətbiqlərinin bu formatı dəstəkləməsi nəzərdə tutulur.

    Emil Ağcayev əlavə edib ki, vahid QR standartına keçid həm şəffaflığı artıracaq, həm də rəqəmsal ödənişlərin payını yüksəldərək satışların artmasına müsbət təsir göstərəcək.

    apa