Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-oktyabr ayılarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2 milyard 169.4 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,9% çoxdur.
Əlavə edək ki, bu ilin ilk 10 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,1%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
