AMB: "Açıq bançılığ"ı üç əsas istiqamət üzrə inkişaf etdirmək niyyətindəyik | Banco.az

AMB: "Açıq bançılığ"ı üç əsas istiqamət üzrə inkişaf etdirmək niyyətindəyik

Azərbaycan Mərkəzi Bankı (AMB) "açıq bançılığ"ı üç əsas istiqamət üzrə inkişaf etdirmək niyyətindədir.

Bunu AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsini rəisi Sahib Həsənov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib.

Onun sözlərinə görə, ilk növbədə söhbət hüquqi şəxslərlə bağlı tətbiq proqramlaşdırma interfeyslərindən (API) gedir: "Bildiyiniz kimi hazırda biz fiziki şəxslərə fokuslanmış API-ları təqdim edirik. Lakin növbəti mərhələdə hüquqi şəxslərdən də tələbat olduğu halda onlarla bağlı API-lar da təqdim oluna bilər. Düşünürük ki, burada müəyyən "use" keyslər ola bilər və bir nöqtəyə gələndə biz bununla bağlı sektorda araşdırmalar da aparacağıq. Digər istiqamət yeni xidmətlərin və API-ların əlavə olunmasıdır".

AMB rəsmisi ən qlobal dəyişikliyi "açıq bankçılıq" yanaşmasından açıq maliyyə yanaşmasına keçiddə görür: Biz təkcə bank sektoru bə ödəniş sektoru requlyatoru deyil, həmçinin də sığorta və kapital bazarları üzrə də requlatoruq. Açıq maliyyə yanaşmasında digər sektorların da məlumatlarının təqdim olması nəzərdə tutulur. Burada söhbət həm sektordaxili, həm sektorlararası məlumatlarının mübadiləsindən gedir".