İstifadə etmədiyiniz qızıl-zinət əşyalarınız var və səyahət edəcəyiniz üçün evdə saxlamağa risk edə bilmirsinizsə, əlinizdə çox gizli bir sənəd var və onu gizlətməyə yer tapa bilmirsinizsə, keçmişdən qalan bir neçə xatirə var və onu qorumaq istəyirsinizsə sizə depozit qutularından istifadəni məsləhət görərdik.
Depozit qutusu nədir ?
Bankın filialında yerləşən və müştəri tərəfindən hər hansı əşyanın, sənədin, pul məbləğinin və s. saxlanılması üçün icarəyə götürülən fərdi bank seyfidir. Bu qutuların əsas funksiyası saxladığınız əşyaları yanğın, icazəsiz istifadə, təbii fəlakət, oğurluq və s. kimi təhlükələrdən qorumaqdır.
Bu xidmət məzuniyyət və tətil zamanı xüsusi əhəmiyyət kəsb edir, çünki depozit qutuları pulların, qiymətli əşyaların və vacib sənədlərin qorunub saxlanması üçün ən etibarlı yerdir.
Qutunun iki açarı olur və qutu sadəcə hər iki açar olduqda açıla bilir. Açarın biri müştəridə, digəri isə bankın əməkdaşında olur. Seyfə yalnız müştəri daxil ola bilər.
Qeyd edək ki, qutularda saxlanılan əşyalar barədə məlumatlar məxfi saxlanılır.
Depozit qutularından necə istifadə etmək olar?
Əgər siz, depozit qutusundan istifadə etmək istəyirsinizsə, ilk növbədə bilməlisiniz ki, depozit qutuları icarəyə götürülən qutulardır və istifadə müddətindən, ölçüsündən asılı olaraq ödəniş etməlisiniz. Depozit seyflərinin icarə haqqı tam şəkildə əvvəlcədən ödənilir.
Depozit qutusundan istifadə etmək üçün sadəcə şəxsiyyət vəsiqənizlə Bankınıza yaxınlaşmalısınız. Bundan sonrakı mərhələdə siz öz əşyanızı bankda saxlaya bilərsiniz.
Depozit qutusunda nə saxlamaq olar?
Evdə yastıq altında saxlanılan qızıllar, ev-ərazi sənədləri, qiymətli daş-qaşlar, pul və ya bir çox digər önəmli əşyalar üçün Depozit qutuları idealdır.
Depozit qutusunda nə saxlamaq olmaz?
Silah, təhlükəli əşyaları, zərərli məddələri depozit qutularında saxlaya bilməzsiniz.
Müştəri depozit seyfinin açarını itirsə və ya zədələsə o, banka ərizə ilə müraciət etməlidir. Müştərinin müraciəti əsasında Bankda xüsusi Komissiya yaradılır və seyfin açılması həmin Komissiyanın və bilavasitə müştərinin iştirakı ilə təmin edilir. Yeni qıfılın quraşdırılması, yeni açarların hazırlanması və bununla bağlı digər xərclər müştəridən tutulur.
Fiziki şəxs olan müştəri vəfat edərsə onun hüquqları qanunvericiliyə uyğun olaraq vərəsəlik qaydasında rəsmiləşdirilir.
Ölkəmizdə olan bankların depozit qutularının 1 aylıq icarəsi üçün tələb etdikləri xidmət haqqlarını sizlərə təqdim edirik:
Bankların adına klikləyərək depozit qutuları (əlavə ölçü və qiymətlər) haqqında ətraflı məlumat ala bilərsiniz.
Bank |
Kiçik qutu |
Orta qutu |
Böyük qutu |
30 |
50 |
100 |
|
5 |
20 |
40 |
|
15 |
90 |
200 |
|
5 |
15 |
25 |
|
30 |
50 |
70 |
|
10 |
30 |
50 |
|
14 |
80 |
400 |
|
10 |
40 |
60 |
|
30 |
- |
40 |
|
100 |
200 |
500 |
|
10 |
40 |
60 |
|
20 |
- |
40 |
|
10 |
40 |
200 |
|
15 |
50 |
80 |
|
30 |
45 |
75 |
|
30 |
30 |
30 |
|
200 |
260 |
300 |
|
5 |
15 |
20 |
|
30 |
50 |
100 |
|
10 |
15 |
20 |
|
15 |
- |
25 |
*Amrahbank əmanətçiləri üçün depozit seyflərindən pulsuz istifadə mümkündür.
"Ehtiyat igidin yaraşığıdır" deyib atalarımız. Odur ki, ehtiyatı əldən verməyin və sizin üçün dəyərli olan əşyalarınızı daha yüksək həssaslıqla qorumağa çalışın. Bu yolda Depozit qutuları sizin köməyinizə çatacaqdır.