Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
Banco.az AMB-yə istinadən xəbər verir ki, hərracda 57,5 mln. manat cəlb edilib.
Qeyd edək ki, hərracda tələb təklifdən 3,5 dəfə az - 200 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,69% təşkil edib.