Banklar hansı kart prosessinq mərkəzləri ilə işləyir? | Banco.az

Banklar hansı kart prosessinq mərkəzləri ilə işləyir?

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq prosessinq təşkilatı kimi dövlət qeydiyyatından keçmiş və ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxsdir.

Bankların ya özünəməxsus prosessinq mərkəzi olur, ya da AzəriCard və ya Millikart prosessinq mərkəzlərindən bu xidməti alırlar. Bankların aid olduğu prosessinq mərkəzindən asılı olaraq kartla bağlı bəzi əməliyyatlarda komissiya haqları fərqlənə bilər. Məsələn, Bank of Baku Millikarta aid olduğundan bu prosessinqə aid olan banklarda kartda olan vəsaiti nağdlaşdırdıqda komissiya tutulmur. Kartdan karta pul köçürən zaman AzəriCard prosessinq mərkəzinə aid olan banklar arasında köçürmə zamanı komissiya daha az tutulur. Bu səbəbdən bankların hansı prosessinq mərkəzinə aid olduğunu bilməkdə fayda var.

Bankların hansı kart prosessinq mərkəzlərinə aid olduğunu isə aşağıdakı infoqrafikdən tanış ola bilərsiniz.

İnfoqrafik: Tahir Əsgərli,

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram